Bakı-2017: Suya tullanma yarışında QIZIL MEDAL

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan suya tullanma yarışında daha bir qızıl medal qazanıb.

Day.Az Trend-ə istinadən bildirir ki, təmsilçimiz Olqa Bıkovskaya 3 m tramplindən tullanma yarışında birinci olub.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.