Güləşçimiz İslamiadanı bürünc medalla başa vurdu

Day.Az представляет новость на азербайджанском языке

Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında qadın güləşçilərin mübarizəsi davam edir.

Day.Az Trend-ə istinadən bildirir ki, 63 kq çəki dərəcəsində çıxış edən Elmira Qəmbərova bürünc medal uğrunda Kamerun təmsilçisi Etane Nqolle ilə qarşılaşıb.

Daha fəal güləşən idmançımız qələbə qazanıb - 8:0.

Qeyd edək ki, Bakı-2017 IV İslam Həmrəyliyi Oyunları mayın 22-dək davam edəcək. Yarışlar Azərbaycan paytaxtının 16 idman obyektində 21 idman növü üzrə keçirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.