Bakıda "Chevrolet Camaro" beton maneyə çırpılıb

Day.Az представляет новость на азербайджанском языке

Bakının Səbail rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Day.Az report.az-a istinadən bildirir ki, Zərifə Əliyeva prospekti ilə hərəkətdə olan "Chevrolet Camaro" markalı avtomobil yol kənarında quraşdırılan beton maneəyə çırpılıb.

Avtomobil deformasiyaya uğrasa da, hadisə nəticəsində xəsarət alan olmayıb.

Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb olunub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.