Millimizin tarixi qələbəsi

Day.Az представляет новость на азербайджанском языке

Futbol üzrə Azərbaycan milli komandası ötən gün IV İslam Həmrəyliyi Oyunlarının çempionu olub.

Milli.Az xəbər verir ki, 23 yaşadək milli komandamız finalda Oman milli komandası ilə qarşılaşıb. 

Görüşə fəal başlayan Azərbaycan millisi 17-ci dəqiqədə istəyinə nail olub. Millimizin futbolçusu Mahir Mədətov rəqib komandanın qapısına yol taparaq komandamızı hesabda önə çıxarıb - 1:0. Qarşılaşmanın 22-ci dəqiqəsində komandamız ikinci topu rəqib qapısından keçirməyə yaxın olsa da, top çərçivədən keçməyib.

Oman millisinin qapısına təyin olunmuş cərimə zərbəsini Mahir Mədətov dəqiq yerinə yetirə bilməyib. Lakin beş dəqiqə sonra Mahir Mədətov özünün və komandasının ikinci qolunu vurub - 2:0. Qarşılaşmanın 56-cı dəqiqəsində rəqib komandanın futbolçusu Salaah Əl-Yahyai hesab arasındakı fərqi azaldıb - 2:1. Lakin bu, matçda vurulan son qol olub və Azərbaycan millisi tarixində ilk dəfə beynəlxalq miqyaslı turniri çempion kimi başa vurub.

Matçın videosunu təqdim edirik:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycan - Oman  2:1