Məşhur idmançı hönkürərək yaxını üçün qəbir qazdı

Day.Az представляет новость на азербайджанском языке

8 qat dünya çempionu Useyn Bolt birlikdə böyüdüyü ən yaxın dostu Germaine Masonu itirdiyinə görə kədərlənib.

Milli.Az "Mirror"a istinadla bildirir ki, idmançı dostunun yasında göz yaşlarına hakim ola bilməyib. O, dostunun tabutunu daşıyıb və əlinə külünc alaraq yer qazıb.

Milli.Az yas mərasimindən çəkilən görüntüləri təqdim edir.

Qeyd edək ki, Mason aprel ayında düşdüyü motosiklet qəzası nəticəsində 34 yaşında dünyasını dəyişib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.