Beynəlxalq Bank borcların yenidən strukturlaşmasını payızadək bitirməyi planlaşdırır

Day.Az представляет новость на азербайджанском языке

Azərbaycan Beynəlxalq Bankı (ABB) 3,3 milyard dollar həcmindəki kredit borcunun yenidən strukturlaşmasını avqust ayının sonunadək bitirməyə ümid edir.

Trend-in məlumatına görə, bunu xaric kreditorlarla görüş zamanı "White&Case" şirkətinin nümayəndəsi, ABB-nin hüquq məsləhətçisi Yan Klark deyib.

Onun sözlərinə görə, bununla bağlı təkliflər kreditorların 2/3 hissəsinin dəstəyinin alınması üçün iyul ayının 13-ü səsverməyə çıxarılacaq. Daha sonra bu təkliflər yekun qərar üçün Azərbaycanda məhkəməyə göndəriləcək.

Qeyd edək ki, bu gün Londonda ABB-nin xarici kreditorlarla görüşü keçirilir. Görüşdə bankın əsas səhmdarı olan Maliyyə Nazirliyinin rəhbəri Samir Şərifov iştirak edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.