Sumqayıtda avtovağzal ərazisində yanğın

Day.Az представляет новость на азербайджанском языке

Bu gün günorta saatlarında Sumqayıt şəhər Avtovağzalı ərazisində yanğın hadisəsi qeydə alınıb.

Day.Az xeberle.com-a istinadən xəbər verir ki, yanğın avtovağzal ərazisində uzun illərdir nəzarətsiz qalan ərazidə baş verib. Belə hasara alınmış ərazidə quru otlaq sahəsi alışıb.

Yanğınsöndürənlər tərəfindən yanğının qarşısı alınıb və yaxınlıqda olan avtomobillər ərazidən uzaqlaşdırılıb.

Yanğının ehtiyatsızlıq üzündən baş verdiyi ehtimal edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Sumqayıtda avtovağzal ərazisində yanğın