"30 metr getməmiş öldü" - İlanlarla yaşayan ailə - VİDEO - FOTO

Day.Az представляет новость на азербайджанском языке.

"İlan sancan yeri kəsdik, ordan da qapqara qan töküldü".

Samuxun Qarayeli qasəbəsinin Cırdaxan kəndində yerləşən Məmmədovlar ailəsi ilanların əlindən rahat yata bilmirlər.

Milli.Az ARB TV-yə istinadla xəbər verir ki, ev sahibləri deyir ki, ilanlar 3 ildir ki, hər il yaz vaxtı gəlir, qışda isə yoxa çəkilirlər.

Pərvin Məmmədov - Ev sahibi: "Çox dərmanlamışıq, toz da səpmişik xeyri yoxdur. İndi də gəlib hamama da dolublar. Nə qədər edirik, bir əlac qıla bilmirik. Neçə ildir bizdə davam edir. Dünən də qonşunun heyvanını çaldı, heyvan öldü biz daha da narahat olmağa başladıq".

Dəstəgül Süleymanova - Sakin: "Heyvanı gözümüzün qabağında sancdı, sancan kimi də 30 metr getməmiş yıxıldı öldü. Nə qədər qatıq gətirdik, nə elədiksə xeyri olmadı. İlan vuran yeri kəsdik, ordan da qap-qara qan töküldü, çevrildi dümağ zəhərə. Üstü ağ-qara xallıdır, altı da qızılı rəng".

Samux rayon İcra Hakimiyyəti ərazini nəzarətə götürüb. Evi dərmanlamaq üçün xüsusi qrup ayrılıb. Dərmanlama işləri aparan mütəxəsssislər preparatın təsir qüvvəsinin 1 həftə qalacağını desələr də nəticə göz qabağındadır və ilanlar yenə də görünür.

 

Azərbaycanda ilanların 24 növü yayılıb ki, bunların sadəcə 4-ü zəhərlidir. Bunlar sancdığı zaman yerindəcə öldürmək xüsusiyyətinə malik adi, çöl, dağ və səhra gürzələridir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
"Gözümüzün qabağında oldu, 30 metr getməmiş öldü" - İlanlarla yaşayan ailə