https://news.day.az/azerinews/899650.html
Bakıda toydan çıxan kişini döydülər
Bakıda toydan çıxan kişini döydülər
Bakının Sabunçu rayonunda döyülmə hadisəsi baş verib.
Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Zabrat qəsəbəsində qeydə alınıb.
Belə ki, 1980-ci il təvəllüdlü Quliyev Rauf Qurban oğlu "Ay işığı" restoranından çıxarkən tanımadığı şəxslərlə əlbəyaxa olub. Nəticədə o, döyülərək ağır xəsarət alıb və xəstəxanaya yerləşdirilib.
R.Quliyev polisə verdiyi ifadədə dörd nəfər tərəfindən döyüldüyünü bildirib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре