Bakıda səfirlik avtomobili yük maşınına çırpıldı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda səfirlik maşını qəzaya düşüb.

Day.Az APA-ya istinadən xəbər verir ki, Nəsimi rayonunun Yusifbəyli küçəsində Gürcüstanın Azərbaycandakı səfirliyinə məxsus "Nissan" markalı avtomobil "Iveco" markalı, 90 JR 244 dövlət nömrə nişanlı yük maşını ilə toqquşub.  
 
Qəza nəticəsində xəsarət alan olmayıb.
 
Faktla bağlı araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.