Bir-birilərini eyni vaxtda nokdauna saldılar

Day.Az представляет новость на азербайджанском языке

Tailandın Pattayya şəhərində keçirilən tay boksu turnirində maraqlı məqam qeydə alınıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, turnir çərçivəsində rinqdə qarşılaşan amerikalı Dorian Prays və fransız Conatan Leko bir-birilərini eyni vaxtda nokdauna saliblar.

Boksçular eyni vaxtda yerə sərilsələr də, amerikalı idmançı kömək olmadan ayağa qalxdığı üçün qalib elan edilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bir-birilərini eyni vaxtda nokdauna saldılar