"İslamiada islamın sülh dini olduğunu dünyaya bir daha sübut etdi"

Day.Az представляет новость на азербайджанском языке

"Azərbaycanda keçirilən IV İslam Həmrəyliyi Oyunları ölkəmizə uğur gətirdi və bütün dünyaya islam dininin sülh, həmrəylik, dostluq dini olduğunu bir daha sübut etdi".

Day.Az bildirir ki, bunu Trend-ə Milli Məclisin deputatı Musa Quliyev deyib.

Onun sözlərinə görə, idmançılarımızın IV İslam Həmrəyliyi Oyunlarında böyük müvəffəqiyyətlə çıxış edərək ölkəmizi yüksək pilləyə qaldırması həm Azərbaycanın dövlət kimi güc və qüdrətinin, həm də ölkəmizdə idmana olan diqqətin yüksək nəticəsi oldu.

Deputat hesab edir ki, Azərbaycanda keçirilən idman yarışları gələcəkdə ölkəmizə daha çox turistin gəlməsinə, ölkəmizin biznes, mədəni əlaqələrinin güclənməsinə, eyni zamanda Azərbaycanı dəstəkləyən insanların sayının artmasına səbəb olacaq:

"Azərbaycan Prezidenti İlham Əliyev İslamiadanın qalibləri və onların məşqçiləri ilə keçirilən görüşdə İslam Oyunlarına düzgün qiymət verərək bildirdi ki, IV İslam Həmrəylik Oyunları Azərbaycanın beynəlxalq nüfuzunun, mədəniyyətimizin, qonaqpərvərliyimizin, ölkəmizdə idmana göstərilən diqqət və qayğının bir daha göstəricisi oldu. IV İslam Həmrəylik Oyunları Prezident İlham Əliyevin də söylədiyi kimi təkcə idman yarışı deyildi, eyni zamanda ölkəmizi, İslam dünyasını yenidən təqdim etmək mərasimi idi ki, Azərbaycan bunun öhdəsindən yüksək səviyyədə gəldi".

M.Quliyev qeyd edib ki, oyunlarda iştirak edən idmançılar, məşqçilər, onlara azarkeşlik edənlər, yarışlara baxmaq üçün turist kimi ölkəmizə gələnlər bu ərəfədə təkcə idmanla maraqlanmaqla kifayətlənmədilər:

"Onlar eyni zamanda, ölkəmizin, şəhərimizin görməli yerlərində olub, mətbəximizlə, musiqimizlə tanış oldular. Bundan başqa, şəhərimizə gələn qonaqlar gələcəkdə özlərinin biznes layihələrini həyata keçirmək üçün Azərbaycandakı biznes mühiti ilə də tanış olmaq imkanı qazandılar".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.