XƏRÇƏNGİN MÜALİCƏSİ ÜÇÜN ŞOK! Alimlər, bir gündə elektrik cərəyanı ilə şişi yox edir!

Day.Az представляет новость на азербайджанском языке

Amerika Qida və Dərman Dairəsindən (FDA) 2011-ci ildə razılıq alaraq beyin xərçənginin müalicəsində istifadə edilməyə başlayan "Optune adlı elektrod üsulunun, xəstələrin yaşama şansını 13 faiz artırdığı ortaya çıxdı. Xəstənin başına yapışdırılan elektroklar, şişli bölgəyə elektrik siqnalları göndərərək xərçəngin yayılmasını dayandırır. "Gliyoblastom adlı ölümcül beyin şişinin müalicəsində istifadə edilən metod, oral kemoterapi dərmanı "temozolomid ilə birlikdə istifadə edildikdə xəstənin beyin xərçəngi mübarizəsinə yardımçı olur.

Sözügedən elektrod müalicə üsulu, beyinə davamlı olaraq alternativ elektrik dalğaları göndərərək çalışır. Tədqiqatçılar bu prosesin hüceyrə bölünməsinə mane olduğu üçün xərçəngə qarşı təsiri olduğuna inanırlar. Beyin xərçənginə yaxalanan xəstə isə sözügedən elektrod başlığını günün 18 saatı taxmalıdır.

SaqlamHeyat.az

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.