Caner peşman olub geri addım atdı

Day.Az представляет новость на азербайджанском языке

Futbolçu Caner Erkin keçmiş həyat yoldaşı Asena Atalayla bağlı paylaşımını silib. 

Day.Az axşam.az-a istinadən bildirir ki, futbolçu keçmiş xanımının evli ola-ola başqa kişilərlə bərabər olduğunu açıqlamışdı. Canerin yanvarda paylaşdığı statusunu silməsi onun peşman olması haqda dedi-qodular yaradıb. 

Buna səbəb kimi isə Asena Atalayın Canerə qarşı məhkəmə iddiası qaldırması və futbolçunun geri addım atması göstərilir. 

Asena məsələ ilə bağlı bunları deyib: 

 

"Niyə sildiyini bilmirəm, özündən soruşun. Kimsə məhkəməyə baş vurursa, iddiasını bu və digər şəkildə təsdiqləməlidir. Görünür, ona da belə yalan şeylər lazım imiş...". 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.