Cocuq Mərcanlıda həyat canlanır

Day.Az представляет новость на азербайджанском языке

Cəbrayıl rayonun İşğaldan azad edilən Cocuq Mərcanlı kəndində İnşa edilən evlərin tikintisi tamamilə başa çatıb.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, hazırda, evlərdə otaq daxili malyar işləri və fasadların üzlənməsi, və digər lazımı işlərin tamamlanması aparılır. Kəndə kommunal xəttlərin çəkilməsi də davam etdirilir. Kəndarası işıq, su, qaz və telekommunikasiya xəttlərinin çəkilişində də son işlər görülür.

Məktəb binasında tikinti işləri başa cataraq istilik sistemlərinin quraşdırılması aparılır. Evlərə verilən elektirik enerjisində fasilə yaranmaması üçün, burada yarımstansiya tikilir. Evlərə sayğacların quraşdırılma prosesi aparılır. Qeyd edək ki, ilkin mərhələdə Cocuq Mərcanlı kəndində 50 evin və bir məktəb binasının və məcidin tikintisi aparılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Cocuq Mərcanlıda həyat canlanır