"Qalatasaray"ın əfsanəsi öldü

Day.Az представляет новость на азербайджанском языке

"Qalatasaray"ın əfsanəvi başçılarından olan professor Əli Tanrıyar vəfat edib.

Day.Az lent.az-a istinadən xəbərinə görə, 103 yaşlı Əli Tanrıyar müalicə olunduğu xəstəxanada həyatla vidalaşıb.
 
1914-ci ildə Yunanıstanın Kavala şəhərində dünyaya gələn Əli Tanrıyar 1986 - 1990-cı illərdə "Qalatasaray" prezidenti olub.
 
1986-ci ildə maliyyə çətinlikləri yaşayan "Qalatasaray" klubunun başçısı vəzifəsinə gələn Əli Tanrıyar tezliklə klubun maliyyə vəziyyətini düzəldib, UEFA Kubokunu qazanacaq komandanın təməlini yaradıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.