Mançester terror qurbanlarından biri türk çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Üç gün əvvəl İngiltərənin Mançester şəhərindəki arenada törədilən terakt zamanı ölənlərdən biri türkdür.

Day.Az "Haberler"ə istinadla bildirir ki, o, 29 yaşlı Martin Hakandır. Onun Feysbuk-dakı məlumatlarında ankaralı olduğu, Mançesterdə yaşadığı qeyd olunub.

Martin Hakanın anası Fiqen Murray Mançesterdə yaşayır və orada məsləhətçidir.

Qeyd edək ki, terakt nəticəsində 22 nəfər ölüb, 59 nəfər ömürlük şikəst qalıb.

Day.Az Martin Hakanın fotolarını təqdim edir:

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.