“Qarabağ”a İtaliyadan 3 rəqib: Çitro hansını seçəcək?

Day.Az представляет новость на азербайджанском языке

"Qarabağ"ın maraq dairəsində olan italiyalı hücumçu Nikola Çitronun başqa təklifləri də var.

Day.Az apasport.az-a istinadən xəbər verir ki, bu barədə məlumatı İtaliya mətbuatı yayıb.

"Trapani"dən ayrılmağa hazırlaşan 27 yaşlı forvard karyerasını B seriyasında da davam etdirə bilər. Çünki "Qarabağ"la yanaşı, İtaliyanın aşağı liqasında çıxış edən 3 klub da onu heyətində görmək niyyətindədi.
 
2016-17 mövsümündə B seriyasında 5 qola imza atmış Çitro "Benevento", "Avellino" və "Salernitano"dan təklif alıb. Lakin futbolçu hələlik karyerasını harada davam etdirəcəyinə qərar verməyib.
 
Qeyd edək ki, İtaliya KİV-i "Qarabağ"ın Çitroya 3 illik müqavilə və ümumilikdə 900 min avro məvacib təklif etdiyini yazıb. Futbolçunun "Trapani" ilə müqavilə müddəti gələn ayın sonuna qədərdi.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.