Ermənilər işğal altında olan Böyük Mərcanlı kəndini yandırdı

Day.Az представляет новость на азербайджанском языке

Ermənistan silahlı qüvvələri işğal altında olan Azərbaycan ərazilərində yanğınlar törətməkdə davam edir.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu gün günorta saatlarından Cəbrayıl rayonunun işğal altında olan Böyük Mərcanlı kəndində böyük yanğınlar müşahidə olunur.

Yanğın geniş ərazini əhatə edir. Küləkli hava yanğının daha da genişlənməsinə şərait yaradır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.