Bakı Olimpiya Stadionu dünyanın ən yaxşıları sırasında

Day.Az представляет новость на азербайджанском языке

Qətərin paytaxtı Doha şəhərində Dünya Stadionlar Konqresi keçirilib.

Day.Az Trend-ə istinadən xəbər verir ki, tədbirin sonunda dünyanın ən yaxşı stadionları müxtəlif nominasiyalar üzrə təltif edilib. Bakı Olimpiya Stadionu "Dünyanın ən yaxşı yeni stadionu" adına layiq görülüb.

Müxtəlif kateqoriyalar üzrə Moskva VTB Arena, Barselona Kamp Nou, Aşqabad Olimpiya Stadionu və BƏƏ-nin Həzza Bin Zayed stadionu da mükafata layiq görülüb.

Səsvermənin münsifləri məşhur tikinti eksperləri Filip Herpel, Mark Fenvik və Kris Dayt olub.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.