Ronaldudan ÜZÜCÜ XƏBƏR - 5 il müddətinə....

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldu vergi ödəməkdən yayındığı üçün 5 il müddətinə həbs oluna bilər.

Day.Az report-a istinadən xəbər verir ki, İspaniyanın Maliyyə Nazirliyi portuqaliyalı hücumçunun ünvanına vergi xidmətinin ittihamlarını dəstəkləyib. Dövlət orqanlarının hesablamalarından sonra Ronaldunun 2011 - 2013-cü illərdə 600 min avrodan çox vergi ödəməkdən yayındığı müəyyənləşib.

Bu qayda pozuntusunu cinayət kimi qəbul edərək, 32 yaşlı oyunçunu 5 il müddətinə həbs edə bilərlər.

Buna baxmayaraq, Maliyyə Nazirliyi etiraf edib ki, hökmün çıxarılmasına müxtəlif yumşaldıcı amillər - futbolçunun öz günahını etiraf etməsi və gizlətdiyi məbləği tam ödəməsi təsir edə bilər.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.