Bu il müsabiqəyə rekord sayda vakant müəllim yeri çıxarılacaq

Day.Az представляет новость на азербайджанском языке

Bu il müəllimlərin işə qəbulu müsabiqəsi üçün rekord sayda - 6000-dən çox vakant müəllim yeri çıxarılacaq.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

Onun sözlərinə görə, bu gündən başlayaraq 5 gün ərzində müəllimlərin yerdəyişməsi üçün sənəd qəbulu aparılacaq. İş yerini dəyişmək üçün müəllim ərizəsində 4 vakant yer seçəcək. Seçim zamanı namizədin ilk qeyd etdiyi yerə üstünlük veriləcək. Namizəd ərizəsində iş yerini dəyişmək istəməsini əsaslandırmalı və bunun səbəbini göstərməlidir.

E.Bağırov qeyd edib ki, bu il Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin eyni rayon (şəhər) daxilində, bir rayondan (şəhərdən) digər rayona (şəhərə) yerdəyişməsi müvafiq proqram təminatı tətbiq olunmaqla 25 may - 15 iyun tarixlərində təşkil olunacaq. Başqa sözlə, həm daxili, həm də ölkə üzrə yerdəyişmə üçün müsabiqə və müsahibə keçirilməyəcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.