ABŞ Dövlət katibinin köməkçisinin müavini Azərbaycana gələcək

Day.Az представляет новость на азербайджанском языке

ABŞ Dövlət katibinin köməkçisinin energetika diplomatiyası üzrə müavini Robin Danniqan Azərbaycana səfər edəcək.

Day.Az xəbər verir ki, bu barədə Trend-ə ABŞ-ın Azərbaycandakı səfirliyindən məlumat verilib.

R.Danniqan "Caspian Oil&Gas 2017" beynəlxalq sərgisində ABŞ nümayəndə heyətinə rəhbərlik edəcək.

"Caspian Oil&Gas 2017" 24-cü beynəxalq sərgi və konfransı Bakıda mayın 31-dən iyunun 3-dək keçiriləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.