Günaydan oğluna maraqlı hədiyyə

Day.Az представляет новость на азербайджанском языке

Türkiyə vətəndaşı olan azərbaycanlı model Günay Musayeva oğluna ad günündə sürpriz edib.

Axşam.az-ın məlumatına görə, model hədiyyə olaraq oğluna otaq hazırladıb. Belə ki, oğlunun yeni dizayn olunmuş otağının şəklini İnstaqram səhifəsində paylaşan Günay şəklə "Oğlumun yeni otağı. Ad günün mübarək, hər şeyim" yazıb.

Qeyd edək ki, G.Musayeva türkiyəli aktyor Tolqa Karellə ailəli olub. Cütlük 4 il ailəli qalıb və 2015-ci ildə boşanıb. Onların bu nikahından Cihangir dünyaya gəlib. Tolqa hazırda ikinci dəfə ailə qurub və bir qız övladı var.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.