Bacısının telefonunu başqası açdı: dediyi yerə çatanda ŞOK OLDU

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin Bartın rayonunun Amasra mahalında 24 yaşlı Emine Çakmak dəniz sahilində qayalıqlardan yıxılaraq faciəvi şəkildə dünyasını dəyişib.

Milli.Az Milliyet-ə istinadən xəbər verir ki, polislər Emine Çakmakın intihar ehtimalını araşdırır.

4 il əvvəl həyat yoldaşından boşanan, 5 yaşlı uşağı olan Emine Çakmak səhər heç kimə bir söz demədən evdən çıxıb. Onur Çakmak evdə bacısını tapa bilməyincə nömrəsinə zəng edib. Telefona cavab verən şəxs Boztepe Mahallesi Fənər Altı istiqamətindəki qayalıqlarda olduğunu, telefonu da qayalıqlarda tapdığını, ancaq ətrafda bacısının olmadığını deyib. Dostları ilə telefondakı deyilən qayalıq əraziyə gələn Onur təxminən 100 metr aşağıda bacısını qan içində tapıb. Hadisə yerinə gələn təcili tibbi yardım briqadası Emine Çakmakın öldüyünü deyib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bacısının telefonunu başqası açdı: dediyi yerə çatanda ŞOK OLDU