Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar

Day.Az представляет новость на азербайджанском языке

Yemək və çay qaşığı, həmçinin kiçik qayçı...

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, bu əşyalar naməlum şəxslər tərəfindən Tovuzun Aşağı Quşçu kənd sakini Rahib Kazımovun atasının qəbrinin yanında basdırılıb. Qəbirin ətrafını təmizləyərkən rast gəldiyi əşyalar onu şoka salıb.

Müraciət etdiyi müxtəlif insanlar isə əşyaların cadu olduğunu bildiriblər. İndiyə qədər ailəsinin kiminləsə ədavəti olmadığını deyən Rahib Kazımov cadu ilə bağlı kimdənsə şübhələnmədiyini bildirir. Cadunun nə üçün basdırıldığı onun üçün müəmmalı olaraq qalır.

Atası Qoca Kazımov 3 il əvvəl dünyasını dəyişib. Rahib Kazımov deyir ki, əvvəllər həyətlərində belə bir hala rast gəlməyib. Ona da maraqlı olan odur ki, cadu niyə məhz qəbrin ətrafına basdırılıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Azərbaycanda bir ailəyə dəhşətli sürpriz: Qəbirdən cadu tapdılar