Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir

Day.Az представляет новость на азербайджанском языке

Sabah 11 ayın sultanı, müqəddəs Ramazan ayı başlayır. Din xadimləri insanların ruhlarını təmizləmələri üçün Ramazan ayını bir fürsət hesab edirlər. Bu ayı daha faydalı keçirmək üçün nələr etmək lazımdır?

On bir ay bədən qidalanır, ruh isə ac qalır. Ramazan ayı məhz ruhun qidalanması və onun təmizlənməsi ayıdır. Sabah möminlər ilk orucla Ramazan ayına başlayacaqlar.

Din xadimləri insanların ruhlarını təmizləmələri üçün Ramazan ayını bir fürsət hesab edirlər.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Ramazan ayında insanlar dinin qadağan etdiyi şeylərdən uzaq qalmaqla təkcə yaşadıqları çevrədə hörmət və etibar qazanmaqla kifayətlənmir, eyni zamanda mənəvi baxımdan Allah qatında da yüksəlirlər.

Müqəddəs ramazan ayı təkcə insanın özünü kamilləşdirməsi üçün atdığı addımlarla məhdudlaşmır. Bu ay hər kəsə kömək əli uzatmaq və cəmiyyətin bütün fərdlərinin bir-birləri ilə bütünləşmə ayıdır.

Ramazan ayı həmçinin bütün dünyada sabitliyin və əmin-amanlığın daha çox hiss olunduğu aydır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Bu gecə niyyət axşamıdır, sabah isə Ramazan ayının biridir