Balakəndə qaynar qazan 21 yaşlı qadının üstünə aşdı

Day.Az представляет новость на азербайджанском языке

Balakən sakini bədbəxt hadisə nəticəsində ağır xəsarət alıb.

Balakən Mərkəzi Rayon Xəstəxanasından (MRX) APA-nın Şəki-Zaqatala bürosuna verilən məlumata görə, bu gün axşam saat 19 radələrində rayonun Şambul kənd sakini, 1996-cı il təvəllüdlü Günel Ramazan qızı Məhniyeva hər iki ayağının 1-ci və 2-ci dərəcəli termiki yanıq xəsarətləri ilə xəstəxananın cərrahiyə şöbəsinə daxil olub.

Müayinə zamanı məlum olub ki, G Məhniyeva yaşadığı evdə xörək bişirən zaman düyü ilə dolu qaynayan qazan onun üstünə aşıb. Nəticədə Günel Məhniyeva hər iki ayağından yanıq xəsarətləri alıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.