İran Mosulda ən böyük itkisini verdi: General öldü

Day.Az представляет новость на азербайджанском языке.

İran İnqilab Keşikçiləri Korpusunun (SEPAH) rəhbəri general Qasım Süleymaninin müşaviri general Şaban Nəsiri Mosulda gedən döyüşlərdə həlak olub.

Milli.Az axar.az-a istinadən bildirir ki, Süleymaninin müşavirinin öldürülməsi İranın Mosuldakı komandirləri arasında ən böyük itkidir.

Nəsiri cümə günü şəhərin qərb hissəsi uğrunda gedən döyüşlər zaman baş verən partlayış nəticəsində həlak olub.

 

Qeyd edək ki, Qasım Süleymani SEPAH-ın Əl Qüds bölməsinə və İranın İraqdakı hərbi müşavirlərinin işinə rəhbərlik edir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.