Tovuza dolu yağdı

Day.Az представляет новость на азербайджанском языке

Tovuzun Ağdam kəndinə dolu yağıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, saat 18 radələrində bir neçə dəqiqə yağan dolu kənddə tikililərə ziyan vurmasa da, kənd təsərrüfatına zərərsiz ötüşməyib. Dolu əkin sahələrində bitkiləri yerə yatırıb, meyvələri ağaclardan yerə töküb.
 
Qərb bölgəsinin digər rayonlarına da dolu yağdığı bildirilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.