Sürücü vurduğu piyadanı xəstəxanaya çatdıra bilmədi - Yolda öldü

Day.Az представляет новость на азербайджанском языке.

Lənkəran rayonunda 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib.

Milli.Az-ın report-a istinadən məlumatına görə, hadisə rayonun Cil kəndi ərazisində qeydə alınıb.

Belə ki, Seyidzadə Mirnasir Nazim oğlu idarə etdiyi "99-BZ-136" dövlət nömrə nişanlı, "Chevrolet aveo" markalı avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı naməlum piyadanı vurub. Sürücü yaralını öz avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına aparsa da, yaralı yolda dünyasını dəyişib.

 

Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.