Bakıda AĞIR QƏZA: ölən və yaralanan var

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Bakıda ölümlə nəticələnən qəza baş verib. Ölümlü daha bir qəza isə Lənkaranda qeydə alınıb. Avtomobil piyadanı vuraraq öldürüb. Bərdədə isə iki yük avtomobili toqquşub, xəsarət alanlar var.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki,  Bakının girəcəyində ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Xırdalan-Bakı istiqamətində qeydə alınan qəzada VAZ-2106 markalı maşın tanınmaz hala düşüb. hadisə nəticəsində avtomobilin hələlik adı məlum olmayan sürücüsü həlak olub, bir nəfər isə ağır yaralanıb.
Lənkəran Cil kəndində isə 1 nəfərin ölümü ilə nəticələnmiş yol-nəqliyyat hadisəsi baş verib. Belə ki, Mirnasir Seyidzadənin idarə etdiyi avtomobillə hərəkətdə olarkən 30-35 yaşlı piyadanı vurub. Sürücü Mirnasir Seyidzadə yaralını avtomobili ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırmaq istəsədə həmin şəxs yolda dünyasını dəyişib. Meyit müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Ləkəran şöbəsinə təhvil verilib.
Tərtərdə isə yük maşınlarının toqquşması nəticəsində 2 nəfər xəsarət alıb. Qəza rayonun Saricali kəndində baş verib.
Rayonun Düyrəli kənd sakini, 22 yaşlı Fərid Pənahlının idarə etdiyi yük maşını, Ağdam sakini, 67 yaşlı Rizvan Sarıyevin yük avtomobili ilə toquşub. Hadisə zamanı hər iki avtomobilin sürücüsü xəsarət alıb. Rizvan Sarıyev Tərtər rayon mərkəzi xəstəxanasına yerləşdirlib. Fərid Pənahlı isə xəstəxanada ilkin tibbi yardim aldıqdan sonra evə buraxılıb. Faktla bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəkilə klikləyin.

Sürücü öldü, 1 nəfər isə ağır yaralandı