Bina tikmək daha asan olacaq

Day.Az представляет новость на азербайджанском языке

Tikinti layihələrinin təsdiqlənməsi üçün müddət 3 aya qədər azaldıldı, eləcə də texniki şərtlərlə bağlı bir sıra sənədlərin alınması ASAN xidmətə həvalə olundu. Ekspertlər bildirir ki, tikinti və şəhərsalma məcəlləsində edilən son dəyişikliklər bu sahənin yenidən inkişafına və neqativ halların qarşısının alınmasına səbəb olacaq.

Day.Az xezerxeber.az-a istinadən bildirir ki, Azərbaycanda inşaat sektorunun canlanması üçün dövlət başçısının "Tikintiyə icazələrin verilməsi üzrə Şəhərsalma və Tikinti Məcəlləsi"də dəyişiklikləri nəzərdə tutan fərmanı bu sahədə sahibkarlara yeni imkanlar yaradır.
Belə ki, bir çox icazə və müraciətlərə cavab verilmə müddəti 2, bəzi sənədlərdə isə hətta 3 dəfəyə qədər azaldılıb. Bu isə tikinti sahəsində iş görmək istəyən sahibkarlara daha qısa zamanda fəaliyyətə başlamaq imkanı verəcək.
Dəyişikliklərdən sonra 3 mərtəbəli yaşayış binalarının zirzəmiləri binanın mərtəbəsinə aid edilməycək...Bu isə həm azmərtəbəli bina inşa edən sahibkarlara, eyni zamanda şəxsi mənzil tikmək fikrində olanların işini xeyli asanlaşdıracaq.

Yeni dəyişikliklərdə ən çox diqqət çəkən məqamlardan biri isə binaların texniki şərtlərlə bağlı çoxsaylı sənədlərin alınmasının"ASAN Kommunal"-a həvalə edilməsidir. Bu sahibkarları həm bürokratik əngəllərdən, həm də əlavə qeyri-rəsmi vəsait itkisindən qoruyacaq.
Ekspert Rəşad Həsənov bildirir ki,edilən bu dəyişikliklər qısa zamanda tikinti bazarının canlanmasına, eyni zamanda şəffaflığın təmin olunmasına səbəb olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:

Bina tikmək daha asan olacaq