Qazaxda iki VAZ2106 toqquşdu: 3 yaralı

Day.Az представляет новость на азербайджанском языке

Qazaxda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Xanlıqlar kəndi ərazisində qeydə alınıb.
 
Hərəkətdə olan iki "VAZ2106" markalı avtomobilin toqquşması nəticəsində 3 nəfər müxtəlif bədən xəsarətləri alaraq Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib. Hazırda yaralılara tibbi yardım göstərilir.
 
Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.