Bakıda kafedə qadın ofisiantlar saçyolduya çıxdı

Day.Az представляет новость на азербайджанском языке

Bakıda kafedə işləyən qadınlar arasında dava-dalaş olub.

Day.Az lent.az-a istinadən xəbər verir ki, Şirvani küçəsində yerləşən kafedə ofisiant işləyən 41 yaşlı Solmaz Məmmədova polisə müraciət edərək bildirib ki, iş yoldaşı tərəfindən döyülüb. Qadının sözlərinə görə, Sevda adlı iş yoldaşı xuliqanlıq zəminində ona xəsarətlər yetirib.

Xəsarətin dərəcəsinin müəyyənləşdirilməsi ilə bağlı ekspertiza təyin edilib.

Araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.