Yasamalda yaşayış binasında YANĞIN

Day.Az представляет новость на азербайджанском языке

Bakının Yasamal rayonunda beşmərtəbəli yaşayış binasında yanğın olub.

Milli.Az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, binanın pilləkən qəfəsinin 3-cü mərtəbəsində yerləşən elektrik lövhəsində 8 ədəd elektrik sayğacı yanıb.

Yaxınlıqdakı mənzillər yanğından mühafizə olunub. Yanğın saat 11:45-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.