Alim Qasımov nəvəsi ilə səhnədə

Xalq artisti Alim Qasımovun qızı, əməkdar artist Fərqanə Qasımova atasının 60 illik yubileyi münasibətilə konsert verib. 

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Lider Maqazin" konsert zamanı baş verənləri lentə alıb. Bu dəfə tamaşaçılar sırasında əyləşən A.Qasımov daha sonra qızını uğurlu konsert münasibətilə təbrik edib:

"Fərqanəni kənardan izləməməşidim. Fərqanə xanım bu gecə mənə o qədər ürək-dirək verdi ki, əhsən deyirəm. Fərqanəyə canım, həyatım hətta yerim də qurbandır". 

Heydər Əliyev adına Sarayda keçirilən konsertdə Alim Qasımov səhnəyə 3 yaşlı nəvəsi ilə çıxaraq muğam ifa edib. 

 

Qeyd edək ki, konsertin dirijoru Rüstəm Zeynallı olub. 

Videonu izləmək üçün şəklə klikləyin:
Alim Qasımov nəvəsi ilə səhnədə