Şagirdlərin davamiyyəti ilə bağlı SMS-xidmət dayandırılır

Day.Az представляет новость на азербайджанском языке

İyul ayından etibarən uşaqların məktəbdə davamiyyəti barədə valideynlərə SMS-bildirişlərin verilməsi xidməti müvəqqəti dayandırılacaq.

Day.Az xəbər verir ki, bu barədə özəl olaraq Trend-ə "Mobile Solutions&Marketing Technologies" şirkətindəki mənbə məlumat verib.

Mənbənin verdiyi məlumata görə, xidmət yay tətili ilə əlaqədar dayandırılır.

Mənbə bildirib ki, məktəblərdə tədris ili iyunun 14-ü başa çatsa da, yekun imtahanların qiymətləri də elektron gündəliyə yazılacaq:

 

"Bununla əlaqədar olaraq xidmət iyunun sonunadək aktiv olacaq. Daha sonra xidmət yeni tədris ilinin başlanğıcınadək dayandırılacaq".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.