Futbolda yeni qərarlar gözlənilir - Sadəcə inanılmazdır

18 июня 2017 13:47

Day.Az представляет новость на азербайджанском языке

Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası futbola yeni qaydaların gətirilməsini müzakirəə çıxaracaq.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, qurumun rəhbəri Deyvid Elleray yeniliklərlə bağlı sənədlər hazırlandığını və təkliflərin idarə heyəti tərəfindən dəyərləndiriləcəyini söyləyib.

Futbolda nəzərdə tutulan yeniliklərlə bağlı təkliflər aşağıdakılardır:

- Futbolçunun künc və cərimə zərbəsi zamanı topu komanda yoldaşına pas vermədən özü oyuna daxil etməsi;

- Cərimə meydançası daxilində komanda yoldaşı topu geri ötürmə edərək qapıçısına verərsə qapıya penalty təyin olunması;

- Cərimə zərbəsi zamanı top hərəkətdə olarkən oyuna daxil edilməsi;

- Penalti zərbəsi zamanı rəqib oyunçular cərimə meydançasına daxil olarsa birbaşa qolun verilməsi;

 

- Komanda şəklinə hakimə etiraz edilməsi və onun ətrafına toplanması baş verərsə həmin klubdan xal silinməsi cəzası;

- Penalti zərbəsi zamanı topu qapıçı qaytararsa təkrar zərbəyə icazə verilməməsi və oyunun dayandırılaraq qapıçı tərəfindən topun oyuna daxil etməsi;

- Matçın müddətinin 90 dəqiqədən 60 dəqiqəyə azaldılması da yeniliklər arasında nəzərdə tutulub. Topun meydandan kənarda olduğu və oyunun dayandığı dəqiqələr ümumilikdə 60 dəqiqənin üzərinə əlavə ediləcək;

Qeyd edək ki, müzakirənin 2018-ci ildə aparılması gözlənilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.