Bu rayonun DYP rəisi vəzifəsindən azad edildi

18 июня 2017 13:50

Day.Az представляет новость на азербайджанском языке

Biləsuvar Rayon Polis Şöbəsinin (RPŞ) Dövlət Yol Polisi (DYP) bölməsinin rəisi, polis mayoru Şaiq Ağayev tutduğu vəzifəsindən azad edilib.

Day.Az report.az-a istinadən bildirir ki, Ş. Ağayev Cəlilabad Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin (DYP) rəisi vəzifəsinə təyin edilib.

Qeyd edək ki, o, bu vəzifələrə qədər Füzuli, Cəbrayıl və Biləsuvar rayonlarının dövlət yol polisi bölmələrinin rəisi vəzifələrində çalışıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.