Ronaldunun yeni komandası bəlli oldu

Day.Az представляет новость на азербайджанском языке

Uzun illərdir Paris Sen-Jermen və Çin klublarından dəhşətə gətircək dərəcə yüksək transfer təklifləri alan Kriştianu Ronaldunun yeni klubu bəlli olub.

Day.Az a24.az-a istinadən xəbər verir ki, ingilislərə görə məşhur futbolçunun yeni klubu Mançester Yunayteddir.

Portuqaliyalı futbolçunun 8 il öncə ayrıldığı komanda ilə hələ də yaxşı münasibətləri var.

 

Bu səbəbdən futbolçu İngiltərə nəhənginə geri dönə bilər. BBC-nin xəbərinə görə Kriştianu Ronaldu artıq komanda ilə görüşüb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.