Cəlilabadda iki minik avtomobili toqquşub

18 июня 2017 15:37

Day.Az представляет новость на азербайджанском языке

Cəlilabadda iki avtomobil toqquşub.

APA-nın məlumata görə, hadisə Ələt -Astara yolunda Cəlilabad Diaqnostika Mərkəzinin yaxınlığında qeydə alınıb.

"VAZ-2106" markalı minik avtomobili ilə  "Mercedes "markalı minik avtomobili  toqquşub. Nəticədə "VAZ-2106"-nın  sərnişini,  Cəlilabadın Muğanlı kənd sakini 1995-ci il təvəllüdlü Əmənov Elmar Əlövsət oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Cəlilabad rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən E. Əmənovun vəziyyətinin ağır olduğu bildirilir.

Fakt bağlı araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.