Avtobus küçədə insanları əzdi - Türkiyədə - FOTO

18 июня 2017 15:57

Day.Az представляет новость на азербайджанском языке

Qaziantep şəhərində əyləc sistemi sıradan çıxdığı iddia edilən mikroavtobus öncə elektrik dirəyinə çırpılıb, sonra küçədəki insanları əzib.

Day.Az "qafqazinfo"-ya istinadən xəbər verir ki, avtobus 200 metr hərəkət etdikdən sonra dayana bilib.

Dəhşətli hadisə zamanı 3 nəfər avtobusun altında can verib. Maşının içində iki nəfər, küçədə isə 7 nəfər olmaqla, ümumilikdə 9 nəfər xəsarət alıb.

Şahidlərin sözlərinə görə, 40 yaşlı Həsən Yavuz adlı bir kişini avtobus 200 metr sürüyüb.

 

Hadisə sakinlərin iftar yeməyini gözlədiyi vaxtda baş verib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.