İspaniya mətbuatı Ermənistanın Qarabağ cəbhəsindəki son itkilərindən yazır

Day.Az представляет новость на азербайджанском языке

İspaniyanın "La Vanguardia" nəşri EFE agentliyinin Yerevan və Bakıdakı mənbələrinə istinadən Qarabağ cəbhəsindəki son hadisələrdən yazır.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, məqalədə qeyd olunur ki, separatçı qurumun "müdafiə nazirliyi" son 48 saatda Dağlıq Qarabağda 4 erməni əsgərinin həlak olduğunu bildirib. Azərbaycan tərəfi isə ermənilərin 5 nəfər itki verməsini bəyan edib.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin növbəti dəfə işğal altında olan Azərbaycan torpaqlarının azad olunacağını bəyan etməsindən bəhs edilir. Bildirilir ki, Azərbaycan ordusu iyun 19-dan 23-dək növbəti taktiki təlimlər keçirəcək.

Məqalənin sonunda, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin tarixi haqqında qısa məlumat verilib.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.