Portuqaliyada 3 günlük matəm elan edildi

18 июня 2017 17:39

Day.Az представляет новость на азербайджанском языке

Portuqaliya hökuməti meşə yanğınları nəticəsində çoxsaylı insan tələfatı ilə əlaqədar ölkədə 3 gün matəm elan edib.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Publico" qəzeti məlumat yayıb.

Qeyd edək ki, son məlumatlara əsasən ölkənin mərkəzi hissəsində meşə yanğınları nəticəsində 62 nəfər ölüb, 54 nəfər xəsarət alıb. Meşə yanğınlarını nəzarət altına almaq hələ ki, mümkün olmayıb. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.