Almaniyanı qana boyamaq istəyən şəxs saxlanıldı

18 июня 2017 17:50

Day.Az представляет новость на азербайджанском языке

Bu gün Almaniyanın Ştutqart şəhər aeroportunda təyyarədə terror aktı törətməyə hazırlaşmaqda şübhəli sayılan iki nəfər saxlanılıb.

Day.Az APA-ya istinadən xəbər verir ki, bu barədə "Stuttgarter Zeitung" qəzeti məlumat yayıb.

Şübhəli şəxslər Ştutqart aeroportundan Bolqarıstana uçacaq təyyarədə saxlanılıb. Saxlanılan şəxslərin ifadələri açıqlanmayıb, söhbətin terror aktı, yaxud uğursuz zarafatdan gedib-getmədiyi məlum deyil. Saxlanılanların yaşı və milliyəti barədə məlumat verilmir.
 
"Bulgaria Air" aviaşirkətinə məxsus təyyarənin sərnişinləri evakuasiya edilib, təyyarədə axtarış aparılıb. Təyyarədə şübhəli əşya aşkarlanmayıb. Aeroportun fəaliyyəti isə müvəqqəti dayandırılıb. Hazırda aeroportun normal rejimdə fəaliyyəti bərpa edilib. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.