Cocuq Mərcanlıda 6 891 ədəd qəlpə aşkarlandı

18 июня 2017 18:25

Day.Az представляет новость на азербайджанском языке

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) 13-18 iyun 2017 -ci il tarixlərində Cəbrayıl rayonu, Cocuq Mərcanlı kəndi ərazisində keçirilən əməliyyat barədə həftəlik operativ məlumat yayıb.
 
Day.Az bildirir ki, ANAMA-dan APA-ya verilən məlumata görə, Cocuq Mərcanlı kəndində 13-18 iyun tarixlərində 6 891 ədəd qəlpə aşkar edilib, mina və partlamamış hərbi sursat (PHS) aşkar edilməyib.
 
Nəticə etibarilə 149 455 kv.m (14.95 ha) ərazi tam təmizlənib, 73 900 kv.m (7.39 ha) ərazi isə xüsusi mexaniki vasitələrlə təmizləmə üçün hazırlanıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.