Bakıda 40 minlik avtomobilin üstünə benzin töküb yandırdılar

18 июня 2017 21:17

Bakıda 40 minlik avtomobilin üstünə benzin töküb yandırıblar.

Day.Az lent.az-a istinadən bildirir ki, Sabunçu rayonu Bakıxanov qəsəbəsində yaşayan Süleymanov Kərəm Əhəd oğlu polisə müraciət edərək bildirib ki, ona məxsus olan "Hyundai Tucson" markalı avtomobil yandırılıb. Şikayətçinin sözlərinə görə, Orxan adlı şəxs onun Ə.Kərim küçəsində saxladığı avtomobili sübh tezdən - saat 05 radələrində üstünə benzin tökərək yandırıb.

 

Faktla bağlı araşdırma aparılır.