İki avtomobil toqquşub, xəsarət alan var

19 июня 2017 09:40

Day.Az представляет новость на азербайджанском языке

Goranboyda xəsarətlə nəticələnən yol qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Qərvənd kəndi ərazisində qeydə alınıb.

"VAZ 2106" və "VAZ 21015" markalı avtomobillərin toqquşması nəticəsində bir nəfər, "VAZ 2106"nın sürücüsü Əliyev Yadigar müxtəlif bədən xəsarətləri alaraq rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. 

Faktla bağlı Goranboy rayon Polis Şöbəsində araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.