Türkiyədə ağır QƏZA - Təxminən 48 yaralı var

19 июня 2017 09:31

Day.Az представляет новость на азербайджанском языке

Türkiyənin şimalında Çorum əyalətində sərnişin avtobusu qəzaya uğrayıb.

Day.Az Trend-ə istinadən bildirir ki, əyalət polisi avtobus qəzası ilə bağlı ilkin məlumatı açqıqlayıb. İlkin məlumata görə, qəza nəticəsində təxminən 48 adam yaralanıb.

Əyalət polisinin verdiyi məlumata görə, avtobus sürücünün idarəetməni itirməsi nəticəsində uçuruma düşüb.

Polisin verdiyi məlumatda qeyd edilir ki, yaralılar müxtəlif bədən xəsarətləri ilə yaxınlıqdakı xəstəxanaya yerləşdiriliblər.

Polis insidentlə bağlı araşdırmalara başlayıb.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.